Ceyhun Bayramov Vasil Georgievi qəbul edib

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan Respublikasının xarici işlər nazirinin müavini Vasil Georgievin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Nazirlik məlumat yayıb.
Nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın qarşılıqlı maraqlar və beynəlxalq hüquq əsasında inkişafını məmnunluqla qeyd edib. Yüksək səviyyəli ikitərəfli siyasi dialoqun və qarşılıqlı təmasların əlaqələrin inkişafına müsbət töhfə verdiyi vurğulanıb. Nazir cari ildə diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyini və müxtəlif istiqamətlər üzrə əlaqələrin daha da genişləndirilməsi üçün birgə səylərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Nazir müavini Vasil Georgiev Azərbaycana səfərin çox məhsuldar olduğunu, zəngin işçi proqramın, o cümlədən siyasi məsləhətləşmələrin növbəti iclasının keçirildiyini, ikitərəfli görüşlərin təşkil edildiyini məmnunluqla qeyd edib. İki ölkə arasında siyasi müstəvidə çox yaxşı münasibətlərin mövcud olduğu, habelə iqtisadi, enerji, nəqliyyat, humanitar, mədəniyyət və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.
Görüşdə, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, habelə Ukraynadakı vəziyyət və digər regional məsələlər də müzakirə edilib. Nazir Ceyhun Bayramov, Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən Azərbaycan vətəndaşlarının Bolqarıstan ərazisindən keçməsi üçün müvafiq şəraitin yaradılmasına görə qarşı tərəfə minnətdarlıq ifadə edib.
Bolqarıstan xarici işlər nazirinin müavini, nazir Teodora Gençovskanın Azərbaycanlı həmkarını Bolqarıstana səfərə dəvət etdiyini səsləndirib.



28-04-2022, 12:30 168

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041