Prezident Qarabağın bərpası üçün var gücü ilə çalışır - Müşfiq Məmmədli



2020-ci il 27 sentyabrdan başlayaraq Azərbaycanın Silahlı qüvvələri başda Ali Baş komandan olmaqla 30 il öncə erməni faşistləri tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda şərəfli savaş başlatdı. 44 gün sürən müahribə Ermənistanın kapitulasiyası ilə tamamlandı.

Hər gün azad edilən torpaqlarımızdan gələn fotolarda, videolarda otuz il vətən həsrəti çəkən vətəndaşlarımız öz evlərini, dədə-baba yurdlarını tapmağa, görməyə, həsrətlərini az da olsun dindirməyə çalışırdılar. Ancaq işğaldan azad edilmiş torpaqlarda erməni vandalizminin nə qədər dəhşətli olduğu bir daha üzə çıxdı. Azad edilmiş kəndlərdə, şəhərlərdə bir dənə belə salamat ev, bina, məzarlıq və s. qalmamışdı. Ağaclar kəsilmiş, meşələr məhv edilmişdi. Azərbaycan dövləti və höküməti, bütün dövlət qurumları, adi vətəndaşlar cənab prezident İ.Əliyevin göstərişi və iştirakı ilə Qarabağı yenidən dirçəltmək, ona yeni nəfəs vermək üçün hərəkətə keçdi. Artıq iki ildir ki, bu yöndə bir çox addımlar atılmış, ümumilikdə 4,4 milyard vəsait Qarabağda təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf üçün ayrılmışdır. İlkin olaraq Zəngilan rayonunun sakinləri yenidən öz yurdlarında yerləşdirilmələri planlaşdırılır. Məhz buna görə də bu il  Zəngəzur dəhlizi, Zəngilan Beynəlxalq Hava Limanı,  dörd və altı zolaqdan ibarət avtomobil yolu sürətlə inşa olunur. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni beynəlxalq bir yol olacaqdır. Azərbaycan artıq bir çox dövlətlərdən istənilən yükü qəbul edə və tranzit ölkə kimi ötürə bilir ki, Zəngəzur dəhlizinin açılması ilə də həm dövlətimiz , həm də qonşu dövlətlər üçün əlavə imkanlar yaranacaqdır. Bundan əlavə işğal dövründə torpaqların ekologiyasına vurulan zərəri aradan qaldırmaq üçün də artıq işlər görülür, Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi olan, ermənilər tərəfindən yarıdan çoxu məhv edilən meşənin bərpasına başlanmışdır. 
Müzəffər Ali Baş komandan, cənab prezident İ.Əliyev başda olmaqla Azərbaycan dövləti və hökuməti otuz il boyunca Vətən həsrəti ilə yaşayan vətəndaşlarımızın yenidən öz evlərinə təhlükəsiz qayıtmaları üçün var gücü ilə çalışır. 
Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!
Müşfiq MƏMMƏDLİ
Milli Məclisin deputatı

9-05-2022, 12:30 170

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041