Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop bu gün Azərbaycana səfər edəcək. TBMM sədri səfər çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşəcək.
Bundan başqa o, sabah Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament Assambleyasının (PA) iclasında iştirak edəcək.