Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan Azərbaycanın Rusiya sülhməralılarının müvəqqəti nəzarətində olan Qarabağ bölgəsinə qanunsuz səfər edib.
Sumqayit.tv Ermənistan KİV-nə istinadən xəbər verir ki, Narek Mkrtçyan Xankəndidə Qarabağ separatçılarının başçısı Arayik Arutyunyanla görüşüb.
Görüşdə sosial təminat sahəsində əməkdaşlıqla bağlı məsələlərin müzakirə olunduğu bildirilib.