Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri ilə görüşüb.
Sumqayit.tv xəbər verir ki, nazir bu barədə “Twitter“ hesabında yazıb.
O bildirib ki, görüşdə ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf istiqamətləri, investisiya sahəsində əməkdaşlıq və yeni layihələrin icrası ilə bağlı fikirlər bölüşülüb.