Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
Sumqayit.tv xəbər verir ki, liderlər telefon söhbətində Rusiya-Ukrayna müharibəsi ətrafında fikir mübadiləsi aparıb, İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələlərini müzakirə ediblər.
Bundan əlavə, ikitərəfli münasibətlər və regional məsələlər nəzərdən keçirilib.