Azərbaycan Prezidenti İlham Əliyev iyunun 21-i Özbəkistana səfər edəcək. Sumqayit.tv xəbər verir ki, iki gün davam edəcək səfər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti əsasında baş tutacaq.
Səfər zamanı sənaye, nəqliyyat, kənd təsərrüfatı, energetika, elm və innovasiya, turizm və digər istiqamətlər üzrə ikitərəfli sənədlərin imzalanması gözlənilir.