Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhiriyyəti ilə bağlı “xoş sürprizinin” olduğunu açıqlayıb.
Sumqayit.tv xəbər verir ki, Ərdoğan dünən bu haqda jurnalistlərlə söhbətində deyib. Bildirib ki, sürpriz xəbəri Şimali Kiprə iyulun 19-da başlayacaq səfəri zamanı açıqlayacaq.
O, geniş tərkibli heyətlə Şimali Kiprə gedəcəklərini deyib. “Şimali Kipr parlamentində millətvəkilləri qarşısında çıxış edəcək. Şimali Kiprə bu xoş müjdəni də orada, parlamentdə vermək istəyirik, indi açıqlasaq yanlış olar, gözəl bir addımımız var. İlkin hazırlıqları bitirdik”,-Türkiyə prezidenti bildirib.
Xatırladaq ki, iyulun 20-də Şimali Kiprdə azadlıq bayramı qeyd olunur. Bu bayrama hər il Türkiyədən geniş heyət qatılır.