Çexiya Azərbaycana yeni səfir təyin etdi

Xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Milan Sedlaçeki qəbul edib.
XİN-in Mətbuat xidməti idarəsindən Sumqayit.tv-yə verilən məlumata görə, nazir Ceyhun Bayramov, səfir Milan Sedlaçekin etimadnaməsinin surətini qəbul edib və səfiri təyinatı münasibətilə təbrik edib.
Azərbaycanın Çexiya ilə əlaqələrin inkişafına önəm verdiyini qeyd edən nazir, ölkələrimiz arasında yüksək siyasi dialoqun və qarşılıqlı anlaşmanın mövcud olduğunu söyləyib. Çex Respublikasının Azərbaycanın strateji tərəfdaşlıq münasibətləri qurduğu 9 Aİ üzv ölkəsindən biri olduğu vurğulanıb.Səfir Milan Sedlaçek təbriklərə görə nazirə təşəkkürünü ifadə edib. O, öncəki təyinatlarında yaxın bölgədə çalışmaq təcrübəsinin olduğunu bildirib. Səfir, ikitərəfli əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu və bu potensialdan əlaqələrin inkişafı naminə istifadə edilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
Tərəflər, iki ölkə arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyətini qeyd edib, habelə bir sıra sahələrdə, o cümlədən iqtisadi, nəqliyyat, energetika, humanitar istiqamətlər üzrə əlaqələrin perspektivləri imkanları üzrə fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov yeni səfirə bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, Ermənistan ilə münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə ciddi riayət olunması əsasında bölgədə sülh və sabitliyin təmin olunması yanaşmasına dair məlumat verib.
Nazir, Çex Respublikasının yeni təyin edilmiş səfirinə ölkəmizdəki diplomatik fəaliyyəti müddətində müvafiq dəstəyin göstərilməsinə hazır olduğumuzu ifadə edib və ona uğurlar arzulayıb.

1-07-2022, 15:49 172

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041