Rusiya belə vəziyyətə uzun müddət dözməyə hazır deyil.

 “Ermənistan Moskvaya arxalanaraq Bakını daima təxribata çəkir, amma...” 

“Mən anlaya bilmirəm, əgər Prezident İlham Əliyev açıq-aşkar sözünü deyirsə, niyə Ermənistan yenidən Azərbaycan tərəfindən hansısa təcavüz və təhlükənin olduğu haqda bağırır?! Əgər Şərqi Zəngəzur varsa, məntiqlə, əlbəttə, Qərbi Zəngəzur da var”.
Sumqayıt.tv Moderator.az-a istinadən xəbər verir ki, bunu tanınmış rusiyalı ekspert, İslam Əməkdaşlığı Gənclər Forumunun Avrasiya regional mərkəzinin ekstremist ideologiyaya qarşı müqavimət kafedrasının məsləhətçisi Yevgeniy Mixaylov bildirib.
“Azərbaycan yeni reallıqlar şəraitində böyük ehtimalla öz tarixi torpaqlarına qayıdacaq və bu, çətin ki, hərbi yolla olacaq. Qədim erməni əraziləri mifi haqda uzun-uzadı danışmaq olar, amma faktdır ki, Zəngəzur 100 il əvvəl, XX əsrin əvvəllərində imperiyanın süqutu və dünyanın bölüşdürüldüyü bir vaxtda Azərbaycandan qoparılmışdı”, - deyə Yevgeniy Mixaylov fikrinin davamında söyləyib
Rusiyalı ekspertin fikrincə, Ermənistanın dövlətçiliyini qoruyub saxlamaq üçün yeganə şansı qalıb və bunu ona Azərbaycan təklif edir: “Bu, Ermənistan dövlətinin inkişafına təkan verə biləcək sülh müqaviləsidir. Azərbaycan Prezidenti qarşı tərəfə məhz bunu çatdırmaq istəyir, amma görünür, Moskvaya arxalanaraq Bakını daima təxribata çəkən dairələr bunu eşitmək istəmir. Amma Rusiya belə vəziyyətə uzun müddət dözməyə hazır deyil. Onun üçün Cənubi Qafqazda sülhün bərqərar olması vacibdir və mən cürət edərək deyə bilərəm ki, Qarabağ söhbətində əsas sülhməramlı olan Rusiyanın iştirakı ilə yaxın aylarda sülh müqaviləsi bağlanacaq. Qarabağ – Azərbaycandır və ermənilərin Dağlıq Qarabağın onlara məxsus olduğu haqda haray-həşirləri artıq keçmişdə qalmalıdır”.     

17-07-2021, 15:13 201

Digər xəbərlər

Yarım milyon manat mənimsəyən bacısını xilas etmək istədi: Özü dələduzluğun qurbanı oldu

Sumqayıtda məktəbli qıza qarşı əxlaqsızlıq edən gəncin cəzası ağırlaşdırıldı

Sumqayıtda fərdi evdə yanğın baş verib, zərərçəkən var

İlham Rəhimova sanksiya tətbiq edildi

ÇL: “Qarabağ” ərizəsini açıqladı, bu oyunçular çağırılmadı

Sumqayıtla bağlı avtobus problemi qalmaqdadır

Sumqayıtda qadın həkimin evi qarət edildi: 25 min manat oğurlandı

"Sumqayıt" üç basketbolçusu ilə müqavilənin müddətini uzadıb

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı Sumqayıtda da keçiriləcək

Sumqayıtda yolun qanunsuz zəbt olunması ilə bağlı ŞİKAYƏT - FOTO

Bu gün Sumqayıtın, bu mikrorayon və məhəllələri də qazsız qalacaq

Sumqayıtda 750 abonentin qazı müvəqqəti kəsiləcək

Paralimpiya çempionuna FHN-in Sumqayıt Regional Mərkəzində vəzifə verildi

Aumqayıtda yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi kassasiya şikayəti verdi

Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi - FOTO

"Sumqayıt" klubu baş məşqçisi ilə əməkdaşlığı davam etdirəcək

Sumqayıt sənaye zonası Azərbaycanın qeyri-neft ixracının əsas mərkəzinə çevrilib

Prezident ŞƏT tədbirində çıxış etdi

Sumqayıtda məktəb yaxınlığında anti-sanitariya vəziyyəti – sakinlər narazıdır -FOTO

Sumqayıtın mərkəzində ağır tonnajlı maşın problemi – "Qarabağ" kinoteatrının qarşısı dayanacağa çevrilib - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 963
Bu gün, 13:36
Bu gün, 13:31
Bu gün, 08:37
Dünən, 16:45
Dünən, 16:34
Dünən, 16:00
Dünən, 15:40
Dünən, 15:28
Dünən, 15:23
Dünən, 12:09
Dünən, 10:48
2-09-2025, 16:28
2-09-2025, 14:51
2-09-2025, 11:56
1-09-2025, 15:22
1-09-2025, 15:16
1-09-2025, 15:13
1-09-2025, 15:04
1-09-2025, 10:28
1-09-2025, 09:32
30-08-2025, 22:21
30-08-2025, 17:04
30-08-2025, 12:13
30-08-2025, 09:26
29-08-2025, 20:15
29-08-2025, 20:10
29-08-2025, 20:05
29-08-2025, 14:57
29-08-2025, 14:14
29-08-2025, 09:39
29-08-2025, 09:27
28-08-2025, 17:55
28-08-2025, 13:11
28-08-2025, 12:59
28-08-2025, 12:33
28-08-2025, 10:24
27-08-2025, 17:12
27-08-2025, 16:29
27-08-2025, 16:08
27-08-2025, 14:50
1 2 3 4 5 6 7 8 9 10 ... 963