Kanada hökuməti Rusiyanın neft-qaz və sənaye sektorlarına qarşı məhdudlaşdırıcı tədbirləri genişləndirib.
Sumqayit.tv xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.
İyulun 15-dən etibarən Kanadadakı istənilən şəxsə və Kanadadan kənarda olan kanadalıya maşın və avadanlıq istehsalı istisna olmaqla, Rusiyaya və ya Rusiyada hər hansı şəxsə metal məmulatların istehsalı ilə bağlı xidmət göstərməsi qadağandır.
Sanksiyalar həmçinin kompüter, elektron və optik avadanlıq məhsulları, avtomobillər, nəqliyyat vasitələrinin istehsalı, qoşqu və yarımqoşqular, nəqliyyat avadanlığı, quru nəqliyyatı və boru kəmərlərinə də şamil edilir.