İqor Korotçenko: Türkiyə antirusiya sanksiyalardan faydalanan əsas ölkədir



Ankara və Moskva indiki qeyri-sabit vəziyyətdə bir-birlərinə mümkün qədər yardımçı olmaqda maraqlıdırlar, çünki hər iki ölkə ciddi geosiyasi dəyişikliklər fonunda eyni qayıqda yer alıb.


Sumqayit.tv xəbər verir ki, bunu Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Türkiyə obyektiv olaraq Qərbin tətbiq etdiyi antirusiya sanksiyalardan faydalanan əsas ölkələrdən biridir. Çünki bir tərəfdən rusiyalı turist axını, bir tərəfdən də Qərb brendləri əvəzinə Türkiyə firmalarının Rusiya bazarlarına daxil olması Türkiyənin iqtisadi vəziyyətini yaxşılaşdırır. Bir ildən sonra prezident seçkiləri gözləyən Ərdoğan üçün bu, mühüm əhəmiyyət kəsb edir. Amma onu da qeyd etmək lazımdır ki, Türkiyə NATO ölkəsi ola-ola Rusiyaya qarşı gerçəkləşən heç bir sanksiyaya qoşulmayıb. Beləliklə, iqtisadi nöqteyi-nəzərdən Putin və Ərdoğan iki ölkənin maliyyə və iqtisadi spektrində öz fəaliyyətlərini uğurla əlaqələndirməyə imkan verəcək bir sıra məqamları müzakirə edə bilərlər”, - deyə Korotçenko bildirib.

Müsahibimizin sözlərinə görə, tərəflər geosiyasi vəziyyətin dəyişməsini də müzakirə edəcəklər:

“Putin və Ərdoğan geosiyasi vəziyyətdəki dəyişiklikləri də müzakirə edəcək. Kobud desək, özümüzü Türkiyə ilə eyni qayıqda hiss edirik. Açığı, Moskva ilə Ankaranın müəyyən geosiyasi addımlarını əlaqələndirməsi kifayət qədər təbii və məntiqli görünür. Ümumiyyətlə, Ankara-Moskva-Tehran oxunun formalaşdırılması məsələsinin gələcəkdə yeni ittifaqlar qurmaq və yeni məqsədlərə nail olmaq faydalı olardı”.

Korotçenko əlavə edib ki, Türkiyə NATO-nun üzvü olsa da, bu ölkə digər alyanslarda və təşkilatlarda olmaqda maraqlıdır:

“Və burada Rusiya, İran və Türkiyə maraqların qorunmasına yönəlmiş və bir sıra sahələrdə siyasi uğurun təmin edilməsi üçün kifayət qədər effektiv kommunikasiya sistemi qura bilərlər".

Qeyd edək ki, iyulun 18-19-da İranda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli danışıqlar aparacağı gözlənilir.

18-07-2022, 16:50 192

Digər xəbərlər

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

SANKON Azərbaycan nümayəndəliyində yeni təyinat olub

Sumqayıt təhsil göstəricilərinə görə bir çox rayonları geridə qoyub-Siyahı

Sumqayıtda kanalizasiya daşıb, küçələri və evləri su basıb - VİDEO

Rusiya səfirini niyə Moskvaya çağırdı? – Ermənistanın Aİ kursuna sərt mesaj - VİDEO

Rusiya Ermənistandakı səfirini geri çağırdı

Sumqayıtda yaşayış kompleksində yanğın baş verib – FHN hadisə yerində olub - VİDEO

Sumqayıtda sakinlər işıq problemindən şikayətçidir: “Bir yağış yağır, ərazi qaranlığa qərq olur” - ŞİKAYƏT

Sumqayıtda yük maşınları toqquşdu – xəsarət alanlar var - VİDEO

Ukraynanada soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb - FOTO

Sumqayıtda külli miqdarda qanunsuz dərman vasitələri aşkarlanıb

"Sumqayıt" klubu bu futbolçularla yollarını ayırıb

Prezidentlə görüşən sakin: “Sumqayıtda yaşayırdıq” - VİDEO

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

1 2 3 4 5 6 7 8 9 10 ... 1059
Dünən, 18:24
Dünən, 18:20
Dünən, 15:01
Dünən, 11:17
Dünən, 11:05
Dünən, 10:40
Dünən, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
1 2 3 4 5 6 7 8 9 10 ... 1059