Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclasında iştirak etmək məqsədilə Brüssel şəhərinə işgüzar səfərə yola düşüb.
Bu barədə Sumqayit.tv-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclasında iştirakı, həmçinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.