İstanbulda Türkiyə, Azərbaycan və Pakistan parlament sədrlərinin ikinci üçtərəfli iclası keçirilib.
Sumqayit.tv APA-ya istinadən xəbər verir ki, İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Böyük Millət Məclisindən bildirilib.
Qeyd olunub ki, iclas zamanı beynəlxalq və regional məsələlər, həmçinin, üç ölkə arasında münasibətlərin dərinləşməsi, parlamentlərarası əməkdaşlığın genişlənməsi müzakirə olunub.