ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya səfəri ilə bağlı artan gərginlik fonunda Çin Tayvanla ticarətini məhdudlaşdırıb.
Sumqayit.tv xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyinin bəyanatında bildirilir.
Çin tikintidə istifadə olunan əsas material olan təbii qumun ixracını, həmçinin Tayvan sitrus meyvələrinin və bəzi balıq növlərinin idxalını dayandırıb.
Tayvana qarşı cavab sanksiyaları 2022-ci il avqustun 3-də qüvvəyə minəcək.