Rusiya Xarici İşlər Nazirliyi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki gərginliyə münasibət bildirib.
Sumqayit.tv “Report”a istinadən xəbər verir ki, nazirlikdən regiondakı gərginlikdən narahat olduqlarını bildiriblər.
“Rusiya Qarabağda münaqişə tərəflərini təmkinli olmağa və atəşkəs rejiminə riayət etməyə çağırır. Qarabağdakı ziddiyyətlər diplomatik yolla həll edilməlidir”, - XİN-dən qeyd olunub.
XİN-dən bildirilib ki, Rusiyanın ali rəhbərliyi, həmçinin nazir Sergey Lavrov Azərbaycan və Ermənistandan olan həmkarları ilə Qarabağdakı vəziyyətlə bağlı sıx təmasdadır