Ərdoğan "Əlavə Prosedur " muqaviləsini təsdiqlədi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında sazişin tətbiq edilməsinə dair 2004-cü ilin mayın 6-da Bakıda imzalanmış prosedur müqaviləsinə dəyişiklik edilməsi barədə Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında "Əlavə prosedur "müqaviləsini təsdiqləyib.

Sumqayit.tv xəbər verir ki, bu barədə dövlət başçısı qərar imzalayıb.


Bildirilib ki, tərəflər Azərbaycanın icbari tibbi sığorta sahəsində qanunvericiliyində baş vermiş dəyişiklikləri nəzərə alaraq, aşağıdakılar barədə razılığa gəliblər:

“Maddə 1. Tərəflər arasında Prosedur Müqavilənin V bölməsinin 26-cı maddəsi aşağıdakı kimi dəyişdirilmişdir: “Bu Müqavilədə göstərilən analığa görə və protez yardımları istisna olmaqla, digər tibbi yardımlarla bağlı müddəalar, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə sığorta haqları üzrə yığımlar bütün ölkə əhalisinə tətbiq edildikdən sonra həyata keçirilir”.

Maddə 2. Bu əlavə Prosedur Müqavilə onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən sonrakı ayın birinci günü qüvvəyə minir və Prosedur Müqavilə qüvvədə olduğu müddət ərzində qüvvədə qalır”.

"Əlavə Prosedur" müqavilə cari ilin mayın 19-da əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və onun türkiyəli həmkarı Vedat Bilgin arasında imzalanıb. 

5-08-2022, 09:43 177

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041