Politoloq: Ərdoğan Putindən təminat alacaq


Məlum olduğu kimi bu gün Soçidə Türkiyə və Rusiya prezidentləri arasında iki tərəfli görüş keçiriləcək. Verilən məlumatlardan da göründüyü kimi iki lider arasında baş tutacaq görüşdə bir sıra məsələlər o cümlədən, Qarabağ və ətrafında baş verənlər müzakirə masasına yatırılacq. 
Sumqayit.tv olaraq Azərbaycan ictimayyətinin də diqqətində olan bu görüşdən çıxa biləcək nəticələrin nədən ibarət olması ilə bağlı sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlidən açıqlama aldıq:


Politoloq qeyd etdi ki, gündəmə Qarabağ məsələsinin salınması özü müsbət hadisədir. Çünki gündəmdə Suriyə və Ukrayna ilə bağlı məsələlər var. Və bəli sözsüz ki, Qarabağ məsələsi müzakirə ediləcək. Sayın Rəcəb Tayyip Ərdoğan bu məsələdə Azərbaycanın mövqeyini Vladimr Putinin nəzərinə çatdıracaq. Mən bu görüşdən Azərbaycan üçün ən azından bir müsbət nəticə gözləyirəm. Hansı ki, Rusiyanı çəkindirəcək mövqeyin sayın R.T.Ərdoğan tərəfindən V.Putinin diqqətinə çatdırılacağını və ondan bununla bağlı təminat alınacağına inanıram. Çünki sayın Ərdoğan da bilir ki, Ermənistan 2020-ci ilin “10 Noyabr” sazişi ilə öz üzərinə götürdüyü vədlərin heç birini yerinə yetirmir. Xüsusilə bugün sülh danışıqları yolunda, bölgənin digər problemlərinin həll edilməsi yolunda əsas əngəl Azərbaycan torpaqlarında Ermənistan hərbi qüvvələrinin hələ də qalmasıdır. Və sazişdə də göstərilirdi ki, onlar olduqları yerdən qısa müddət ərzində çıxarılmalı və yerini Rusiya sülhməramlı qüvvələri tutmalı idi. Üzərindən 2 ilə yaxın zaman keçir və bu müddət ərzində onların sayı 11000-dən 15000-ə çatıb. Azalmaq əvəzinə, ərazidən çıxarılmaq əvəzinə sayları daha da artırılıb. Bu nöqteyi nəzərdən məğlub olan Ermənistan tərəfi üç tərəfli sazişdən öz payına düşən hissəni yerinə yetirmir və sülh prosesinə ciddi əngəllər yaradır. Artıq Rusiyanın reaksiyaları bəllidir. O ərazidəki silahlı qüvvələrin çıxarılması ilə bağlı yenidən mövqe tutur. Düzdür onların sözü ilə işləri arasında vəhdət olmur lakin hər halda Azərbaycan ordusunun nəyə qadir olduğunu görüblər və güman edirəm ki, bölgədə Rusiyaya qarşı cəbhənin açılmasını istəməyəcəklər və Ermənistan öz imkanlarından istifadə edərək təzyiq göstərəcək. Hər halda Azərbaycanı bunlar gözləyir.

Müxbir:Şəbnəm Məşiyeva

5-08-2022, 13:49 221

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041