İranın xarici işlər naziri və Quterreş arasında telefon danışığı olub

İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian və BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

Sumqayit.tv xəbər verir ki, Hüseyn Əmirabdullahian BMT-nin baş katibi ilə bəzi regional və beynəlxalq məsələləri, o cümlədən Qəzzada baş verən hadisələri, sanksiyaların aradan qaldırılması üçün aparılan danışıqları müzakirə edib.


O, sanksiyaların ləğvi ilə bağlı danışıqlara münasibət bildirib: "Biz güclü və sabit razılığın əldə olunmasına ciddi yanaşırıq. İndi Vyanada danışıqlar ciddi şəkildə aparılır, baxmayaraq ki, bu məsələnin nəticəsi ABŞ-ın razılığından asılıdır. ABŞ praktikada lazımi çeviklik və realizm nümayiş etdirəcəkmi? Bizim güclü və davamlı razılaşma əldə etmək üçün ciddi və real iradəmiz var, bunu göstərmişik”.

BMT-nin baş katibi dünyada nüvə silahlarının aradan qaldırılmasının zəruriliyini və Yaxın Şərqin kütləvi qırğın silahlarından təmizlənməsinin zəruriliyini vurğulayıb: "Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə danışıqları bizim üçün çox vacibdir və biz bu sazişin tərəfləri ilə əlaqə saxlayırıq. Biz bu mərhələdə daha çox kompromis və çevikliyi vurğulayırıq".

O deyib ki, biz İranın nüvə proqramı üzrə işi bağlamağa çalışmaq istəyirik və bunu Avropa və Amerika tərəflərinə də çatdırmışıq.




7-08-2022, 20:13 198
Bu gün, 16:36
Bu gün, 15:48
Bu gün, 15:20
Bu gün, 14:34
Bu gün, 13:44
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1086