Lvovda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Vladimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreş arasında üçtərəfli görüş başa çatıb.
Sumqayit.tv bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Xəbər verilib ki, görüş təxminən 40 dəqiqə davam edib.
Tərəflər Ukraynada müharibənin diplomatik yollarla dayandırılması, taxıl koridorunun fəaliyyəti və digər məsələləri də müzakirə edib.