Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan israilli həmkarı İsaak Hersoqla telefon danışığı aparıb.
Sumqayit.tv bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Liderlər telefon danışığı zamanı ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Qeyd edək ki, Türkiyə və İsrail arasında əlaqələrin normallaşma prosesi başlayıb. İlk mərhələdə qarşılıqlı olaraq səfirlərin təyinatı nəzərdə tutulub.