Cümə günü Yelisey sarayının təşəbbüsü ilə Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub.
Sumqayit.tv bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Tərəflər taxıl dəhlizi ilə bağlı İstanbul razılaşmalarını, Zaporojye AES ətrafındakı vəziyyəti müzakirə ediblər.