Baş nazir Əli Əsədov Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarovun dəvəti ilə Qırğızıstana işgüzar səfərə gedib.
Sumqayit.tv xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat bildirilib.
Səfər çərçivəsində Əli Əsədov Çolpon-Ata şəhərində Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında qonaq qismində iştirak edəcək, həmçinin bir sıra ölkələrin hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.