Baş nazir Əli Əsədov avqustun 25-də Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində Çolpon-Ata şəhərində Belarus Respublikasının Baş naziri Roman Qolovçenko ilə görüşüb.
Nazirlər Kabinetindən verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Belarus arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib.
Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.