Almaniya Rusiya ərazisinə zərbələr endirmək üçün Ukraynaya silah verməyəcək.
Bunu Almaniya Kansleri Olaf Şolts deyib.
O qeyd edib ki, bu mövqe münaqişənin genişlənməsinə imkan verməmək məqsədi daşıyır.
Şolts ABŞ lideri Co Baydenin oxşar qərarını xatırladıb: “Düşünürəm ki, bu prinsipə hamı əməl etməlidir”.