Xarici işlər naziri Ceyhun Bayramov azərbaycanlıların Laçın şəhəri, Zabux və Sus kəndlərinə qayıtması ilə bağlı "Twitter"də paylaşım edib.
Sumqayit.tv xəbər verir ki, paylaşımda deyilir:
“Bütün azərbaycanlıları Laçın şəhəri, Zabux və Sus kəndlərinə qayıtmaları münasibətilə təbrik edirəm. Laçın indi Azərbaycanın nəzarətindədir, 1992-ci ildən zorla qovulmuş şəhər sakinləri öz evlərinə qayıdacaqlar. Şübhəsiz ki, şəhər də işğaldan azad edilmiş digər torpaqlar kimi dirçələcək”.