Türkiyənin “Baykar” şirkəti özünün “Bayraktar” hərbi pilotsuz uçuş aparatlarının Rusiyaya satışını mümkün hesab etmir.
Bunu "Baykar"ın baş direktoru Haluk Bayraktar BBC-nin rus xidmətinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Türkiyə şirkəti tamamilə Ukraynanın tərəfindədir və təklif olunan məbləğdən asılı olmayaraq heç nə Ukrayna ilə əməkdaşlığa kölgə sala bilməz.
Mənbə:Gundem.az