“2020-ci il noyabrın 9-da imzalanmış Üçtərəfli Bəyannamədə nəzərdə tutulan addımlara uyğun olaraq həyata keçirilən proses çərçivəsində Laçın şəhəri və iki ətraf kəndin Azərbaycana qaytarılmasını alqışlayırıq”.
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Tviter səhifəsində yazıb.
O, bu hadisənin Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına mühüm töhfə verəcəyinə, regionda həyata keçirilən normallaşma proseslərinə də müsbət təsir göstərəcəyinə ümid etdiyini qeyd edib: “Bu münasibətlə biz bundan sonra da qardaş Azərbaycan xalqının yanında olacağımızı vurğulayırıq”.