"Bu ayın sonunda Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçiriləcək. Biz ümid edirik ki, bu görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq. Həmçinin, Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinləri Moskvada görüşəcəklər, onlar nəqliyyat-kommunikasiya və delimitasiya məsələlərini müzakirə edəcəklər".