Ermənistan parlamentinin deputatları Türkiyəyə səfər edəcək.
Sumqayit.tv xarici KİV-ə istinadən xəbər verir ki, deputatlar Eduard Ağacanyan və Armen Gevorkyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında iştirak etmək üçün Türkiyəyə gedəcək. Onlar İzmirdə AŞPA-nın sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin iclasına qatılacaqlar.
Bildirək ki, AŞPA-nın İzmirdəki iclası sentyabrın 21-dən 24-nə qədər baş tutacaq.