İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiyan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Görüş İran XİN baçısının Moskvaya səfəri çərçivəsində baş tutub.
Nazirlər İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planını, Ukrayna, Suriya, Əfqanıstan və Qafqaz regionundakı vəziyyət də daxil olmaqla beynəlxalq aktual məsələləri müzakirə ediblər.