Sumqayit.tv-nin redaksiyasına növbəti şikayət daxil olub. Vətəndaşların şikayətinə əsasən, Sumqayıt şəhər 6-cı mkr yaxınlığı, gənclər küçəsi hər dəfə yağış yağanda iflic vəziyyətə düşür. Sakinlər deyir ki, yağış sularının əraziyə dolması səbəbindən küçədən istifadə edə bilmirlər. Şəhərimiz inkişaf edir. Amma yollarımız da günü-gündən "çiçəklənir". Vətəndaşların sözlərinə görə, bu gedişlə ərazidə balıq tutmaq üçün də şərait yaranacaq.
Şəbnəm Məşiyeva
Sumqayit.tv