Şəhid Azər Quliyevin doğum günü qeyd olunub


Bu gün şəhid Quluyev Azər Zakir oğlunun mövlud mərasimi keçirilib. Tədbir şəhidimizin Şəhidlər xiyabanındakı məzarını ziyarət ilə başlayıb.
 Sumqayit.tv
xəbər verir ki, mərasimdə şəhidin ailə və yaxınları, Sumqayıt şəhər İstedad liseyi və 37 saylı məktəbin şagird və müəllimləri və digər şəhid ailələri iştirak edib. 
Quluyev Azər Zakir oğlu 11 oktyabr 1996-ci ildə Sumqayıt şəhərində anadan olub. 2015-2017-ci illərdə Qazax rayonunda həqiqi hərbi xidmətdə olub, həmçinin məlum Aprel döyüşlərində də fəal iştirak edib. Quluyev Azər 2020-ci il sentyabrın 29-da II Qarabağ - Vətən müharibəsinə könüllü olaraq yollanmış, şərəfli bir döyüş yolu keçmişdir. O, oktyabrın 23-də Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıb, Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Quliyev Azər Zakir oğlu ölümündən sonra “Vətən uğrunda” medalı və "Xocavəndin azad olunması" medalı ilə təltif edilib.
Ruhun şad olsun!
Müəllif: Vəsiqə Dadaşova 








11-10-2022, 21:20 389

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041