Sumqayıtda "İnsan alverinin qurbanına çevrilməyək" mövzusunda tədbir keçirilib


Dünən Sumqayıt şəhərində yerləşən 2 saylı tam orta məktəbdə "İnsan alverinin qurbanına çevrilməyək" mövzusunda sözügedən məktəbin şagirdləri üçün maarifləndirici tədbir keçirilib.
Sumqayit.tv
xəbər verir ki, "İnsan alverindən əziyyət çəkən yetkinlik yaşına çatmayanların təhsil, sosial-psixoloji reabilitasiya və ailələrin maarifləndirilməsi" mövzusunda tədbiri keçirilib. Sumqayıt şəhər Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik işin Təşkili şöbəsi, "Azərbaycan Uşaq Qaynar Xətt" xidməti, Abşeron-Xızı Təhsil İdarəsi və Sumqayıt şəhər İcra Hakimiyyətinin Gənclər və İdman şöbəsi təşkil edib. Tədbirin təşkilində məqsəd, tarixin hər dönəmində bəşəriyyət üçün bəlaya çevrilmiş insan alverinin qurbanına çevrilməmək və həssas qrupa aid olan şəxsləri bu təhlükədən uzaq tutmaq olub.  Sumqayıt şəhəri və ona bitişik ərazilərdə yaşayan əhali arasında, insan alverinin qurbanlarına çevrilməmək üçün  hüquqi və psixoloji dəstəyin göstərilməsinin vacibliyi təşkilatçılar tərəfindən prioritet mövzu kimi xüsusi vurğulanıb. İnsan alveri, məcburi əmək və onlara səbəb olan amilləri aradan qaldırmaqda dövlətin ciddi-cəhdlə çalışdığını və bu məsələdə vətəndaşların da ayıq-sayıq olmaları xüsusi vurğulanıb.  Belə xoşagəlməz halların baş verməməsi naminə yeniyetmə yaşında olan uşaqların və valideyinlərin əsasən nələrə diqqət etməli olduqları bir-bir izah edilib. Eyni zamanda işbazların özlərinə qurban tapmaq üçün ən çox hansı üsullardan istifadə etdikləri ardıcıllıqla şagirdlərin diqqətinə çatdırılıb. Belə işbazların toruna düşməməkdən ötrü, nələri bilməli və nələrə diqqət etməli olduqları təfsilatı ilə məktəbin şagirdlərinə aydınlaşdırılıb. Uşaqların belə xoşagəlməz vəziyyətlə qarşılaşdığı halda, dərhal DİN-in 102 və ya "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinə 116111-ə müraciət etmələrinin vacibliyi vurğulanıb. Təşkilatçılar tərəfindən edilən tövsiyyələrə əməl olunması dönə-dönə xatırladılıb.
Tədbirə qatılanlara önləyici addımların görülməsi üçün  flayerlər və video-roliklər göstərilib.
Qeyd edək ki, Tədbirdə Sumqayıt şəhər Polis İdarəsinin "Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili" şöbəsinin inspektoru Asudə Əliyeva, Abşeron-Xızı Təhsil İdarəsinin metodisti Cəmilə Fəyyaz, 2 saylı tam orta məktəbin direktoru Xalid Adıgözəlov,  "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinin və Sumqayıt şəhər İcra Hakimiyyətinin Gənclər İdman şöbəsinin əməkdaşları iştirak ediblər.






















13-10-2022, 16:01 291

Digər xəbərlər

Azərbaycanda uşaqpulu verilə bilərmi? – İqtisadçıdan diqqətçəkən açıqlama

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 10:35
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
1 2 3 4 5 6 7 8 9 10 ... 1041