Gəncədə tarixi derbi, "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq.
"Report"un məlumatına görə, son oyun günündə 2 qarşılaşma baş tutacaq.
Günün ilk matçında "Kəpəz" "Neftçi"ni qəbul edəcək. Gəncə təmsilçisi bu mövsüm ilk dəfə ev oyununu doğma şəhərdə keçirəcək. Hazırda paytaxt təmsilçisi 19 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Sarı-göylər" isə 4 xalla 8-cidir.
Komandalar indiyədək ölkə çempionatına təsadüf edən Azərbaycan derbisində 52 dəfə üz-üzə gəliblər. Bunların 18-də meydan sahibləri, 25-də qonaqlar qələbəni bayram edib. 9 qarşılaşma heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "ağ-qaralar"ın aşkar üstünlüyü var - 78:48.
“Neftçi” son 4 matçda rəqibinə qalib gəlib. Son iki oyunda 3 və ya daha çox qol vurulub.
Tura "Qarabağ" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq. Ağdam klubu 8 oyundan maksimum nəticə ilə 2-ci sırada yer alıb. "Gənclik şəhəri" təmsilçisinin isə 4 xalı var və 9-cu pillədə gedir.
İki kollektiv bunadək Premyer Liqada öz aralarında 40 görüş keçirib. "Köhlən atlar" 30, Samir Abasovun baş məşqçi olduğu komanda isə cəmi 5 qələbə qazanıb. 5 qarşılaşmada qalib müəyyənləşməyib. Son Azərbaycan çempionunun vurduğu 93 qola rəqibi 18 topla cavab verib.
“Qarabağ” son 13 ev oyununda qələbə qazanıb. “Sumqayıt” 6 qarşılaşmada xal əldə etməyib, 5 matçdır fərqlənə bilmir.
Azərbaycan Premyer Liqası
X tur
16 oktyabr (bazar)
15:00. “Kəpəz” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Rahil Ramazanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Əmrah İbrahimov
Gəncə şəhər stadionu.
17:30. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Ömər Paşayev
“Azersun Arena”
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" evdə "Qəbələ" ilə 1:1, "Səbail" səfərdə "Turan Tovuz"la 2:2 hesablı heç-heçə edib, "Sabah" isə doğma meydanda "Zirə"yə qalib gəlib - 1:0.
Müəllif: Elnur Salahov

16-10-2022, 12:52 256
Dünən, 20:21
Dünən, 16:36
Dünən, 15:48
Dünən, 15:20
Dünən, 14:34
Dünən, 13:44
Dünən, 13:17
Dünən, 13:13
Dünən, 13:01
Dünən, 12:41
Dünən, 12:20
Dünən, 12:18
Dünən, 12:17
Dünən, 11:00
22-07-2026, 22:37
22-07-2026, 17:11
22-07-2026, 17:08
22-07-2026, 15:46
22-07-2026, 14:12
22-07-2026, 13:27
22-07-2026, 13:18
22-07-2026, 12:31
22-07-2026, 11:13
22-07-2026, 11:11
22-07-2026, 11:09
22-07-2026, 10:17
22-07-2026, 10:15
22-07-2026, 10:00
22-07-2026, 07:49
22-07-2026, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
1 2 3 4 5 6 7 8 9 10 ... 1086