Sumqayıtda şəhid Azər Quluyevin anım mərasimi keçirilib



Bu gün (red-dünən) Sumqayıtda şəhidimiz Quluyev Azər Zakir oğlunun anım mərasimi keçirilib. 

Azər Quluyev 11.10.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2003-cü ildə Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olunan Azər Quliyev, 2011-ci ildə 9 illik təhsilini başa vurduqdan sonra təhsilini Sumqayıt şəhər Peşə liseyində davam etdirmişdir. 2015-2017-ci illərdə Qazax rayonunda həqiqi hərbi xidmətdə olmuş, həmçinin məlum Aprel döyüşlərində də fəal iştirak etmişdir. Quliyev Azər 2020-ci il sentyabrın 29-da II Qarabağ - Vətən müharibəsinə könüllü olaraq getmiş, şərəfli bir döyüş yolu keçmişdir. O, oktyabrın 23-də Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalmış, Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunmuşdur.Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Quliyev Azər Zakir oğlu ölümündən sonra “Vətən uğrunda” medalı və "Xocavəndin azad olunması" medalı ilə təltif edilmişdir.

Allah ruhunuzu şad etsin, Qəhrəmanlar! 

Müxbir: Vəsiqə DADAŞOVA


24-10-2022, 12:30 248
Dünən, 20:21
Dünən, 16:36
Dünən, 15:48
Dünən, 15:20
Dünən, 14:34
Dünən, 13:44
Dünən, 13:17
Dünən, 13:13
Dünən, 13:01
Dünən, 12:41
Dünən, 12:20
Dünən, 12:18
Dünən, 12:17
Dünən, 11:00
22-07-2026, 22:37
22-07-2026, 17:11
22-07-2026, 17:08
22-07-2026, 15:46
22-07-2026, 14:12
22-07-2026, 13:27
22-07-2026, 13:18
22-07-2026, 12:31
22-07-2026, 11:13
22-07-2026, 11:11
22-07-2026, 11:09
22-07-2026, 10:17
22-07-2026, 10:15
22-07-2026, 10:00
22-07-2026, 07:49
22-07-2026, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
1 2 3 4 5 6 7 8 9 10 ... 1086