Şəhid Novruz Məmmədovun anım günü olub-Foto/Video


Bu gün (R.e.d-dünən) 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Məmmədov Novruz İnqilab oğlunun anım mərasimi keçirilib. 
Sumqayit.tv
xəbər verir ki, şəhidimiz Məmmədov Novruzun anım mərasimi Şəhidlər Xiyabanında məzarını ziyarət edilərək başlanıb. Sonra isə tədbir mərasim evlərinin birində ehsan süfrəsi verilərək davam edib. Məclisdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub və Quran oxunub, həmçinin tədbirdə vətənpərvər ruhlu şeirlər səsləndirilib. Məclisdə Sumqayıt şəhər 6 saylı tam orta məktəbinin, İstedad liseyinin, TET gimnaziyanın sinifləri, hüquqşunas Ədalət Əroğlu, şairə, jurnalist Leyla Novruzova, müharibə veteranları, qazilər və şəhid ailələri iştirak ediblər. 
Qeyd edək ki, Novruz Məmmədov 20.03.1991-ci ildə Sumqayıt şəhərində İnqilab Məmmədov və Şəfiqə Məmmədovaların ailəsində anadan olmuşdur. Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbə 6 saylı tam orta məktəbdə təhsil almışdır. Novruz Məmmədov bir müddət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır.  Novruz Məmmədov müddətdən artıq hərbi qulluqçu-sürücü olaraq xidmətinə davam edib.
Azərbaycan Ordusunun əsgəri olan Novruz Məmmədov 27.09.2020-ci il tarixidən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı və snayper olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Novruz Məmmədov 24.10.2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirərkən qəhrəmancasına həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Novruz Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmaslna görə"  medalları ilə təltif edilib.
Allah ruhunu şad etsin, Qəhrəman! 

Müxbir:Vəsiqə DADAŞOVA








26-10-2022, 23:11 414

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041