Şəhid Quliyev Teymur anıldı


Bu gün (red-dünən) 27.09.2020-ci il tarixində başlayan Vətən müharibəsi zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Quliyev Teymur Zamin oğlunun şəhadətə ucaldığı gündür. 
Sumqayit.tv xəbər verir ki, şəhidimiz Quliyev Teymurun anım mərasimi Novxanı qəsəbəsində yerləşən  qəbirstanlıqdakı məzarını ziyarət edilərək başlayıb, sonra isə mərasim evlərinin birində ehsan süfrəsi verilərək davam edib. Məclisdə Ceyranbatan qəsəbəsinin peşə liseyinin müəllim kollektivi və şagirdləri, Saray qəsəbəsinin 1 nömrəli, 2 nömrəli və 3 nömrəli məktəbinin müəllim və şagird kollektivi və valideynləri, Novxanı bələdiyyəsi və icra nümayəndəsi, Saray bələdiyyəsi və icra nümayəndəsi, Abşeron rayonun icra hakimiyyəti Abidin Fərzəliyev, qohumları və şəhid ailələri iştirak ediblər.

Xatırladaq ki, Teymur Quliyev 29.10.2001-i ildə Bakı şəhərində Zamin Quliyev və Fəridə Quliyevanın ailəsində anadan olmuşdur. Abşeron rayonunun Hökməli qəsəbəsində məskunlaşmışdır. 2007-2012-ci illərdə Abşeron rayon Hökməli qəsəbə tam orta məktəbdə, 2014-2015-ci illərdə Abşeron rayon Saray qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2015-2020-ci illərdə Abşeron rayon Ceyranbatan qəsəbə 147 saylı Texniki Peşə Məktəbində motorçu ixtisasına yiyələnmişdir.
Teymur Quliyev 2020-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. İlk olaraq Ağcabədidə, sentyabrdan Füzulidə yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Teymur Quliyevv 27.09.2020-ci il tarixindən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Qubadlının, Zəngilanın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Teymur Quliyev 24 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı yaralı hərbçiləri xilas edərkən şəhidlik məqamına ucalıb. Abşeron rayonunda dəfn olunub. 
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Quliyev Teymur ölümündən sonra "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, və “Cəsur döyüşçü" medalları ilə təltif olunub.
Ruhun şad olsun, Vətənimizin mərd oğlu!

Müxbir:Vəsiqə DADAŞOVA









2-11-2022, 21:49 354

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041