Şəhər rəhbərliyi Sumqayıtda ictimai nəqliyyatı bərbad vəziyyətə salıb


Şəhər rəhbərliyi Sumqayıtda ictimai nəqliyyatı bərbad vəziyyətə salıb”.
Sumqayit.tv bildirir ki, Xeberle.com bu barədə Sumqayıt şəhər nəqliyyat sisteminin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyinə keçməsi barədə qərarı dəyərləndirən nəqliyyat eksperti Elməddin Muradlı deyib.
Ekspertə görə Sumqayıtda ictimai nəqliyyat inkşafa doğru getmir:
"Sumqayıt şəhər İcra Hakimiyyəti şəhər ərazisində ictimai nəqliyyatı bərbad vəziyyətə salıb. Burada şəxsi maraqlar da var. Dövlət başçısı cənab İlham Əliyev sərəncamı ilə 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yaradılıb. Qərara əsasən, Sumqayıt şəhər  nəqliyyatı AYNA-ya təhvil verilməlidir. Lakin Sumqayıt şəhər İcra Hakimiyyəti hələ də təhvil-təslim işlərini gecikdirir. Şəhər rəhbərliyi xərclədiyi pulları əsas gətirərək, nəqliyyatı təhvil vermək üçün əvəzində yüksək məbləğdə vəsait tələb edir. Şübhəsiz ki, belə yanaşma yalnışdır. AYNA böyük bir iradə ortaya qoyub və düşünürəm ki, bu yaxınlarda problem öz həllini tapacaq. Əsas hədəf insanlara normal ictimai xidmət təklif etməkdir. İcra Hakimiyyəti də bunu başa düşməlidir və təhvil-təslim işlərini gecikdirməməlidir. Nəticədə iş də gecikir, insanlar əziyyət çəkir. Praktika göstərir ki, nəqliyyat sistemi icra hakimiyyətinin tərkibində fəaliyyət göstərə bilmir. İctimai nəqliyyatda müsabiqə yolu ilə seçilmiş özəl sahibkarlar fəaliyyət göstərməlidir”, - deyə E.Muradlı qeyd edib.
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Mətbuat Katibi Tural Orucov Xeberle.com-a belə münasibət bildirib:
Azərbaycan Respublikası Prezidentinin "Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən Sumqayıt şəhərinin inzibati ərazisində nəqliyyatın tənzimlənməsi AYNA tərəfindən həyata keçirilməlidir. AYNA-nın bu istiqamətdə fəaliyyətə başlaması üçün ilkin mərhələ yekunlaşmaq üzrədir. Digər şəhərlərdə olduğu kimi, AYNA Sumqayıt şəhərində də icra hakimiyyəti ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Hazırda Sumqayıtda həm şəhərdaxili, həm də şəhərlərarası marşrut xətlərinin optimallaşdırılması istiqamətində birgə işlər aparılır. Bununla bağlı yerində daşıyıcılarla görüş keçirilib. Marşrut xətləri monitorinq edilib".
Xədicə Səxavətqızı
Xeberle.com

9-12-2022, 19:06 194

Digər xəbərlər

Sumqayıtın tanınmış həkimi Cəbrayıl Əlinağıyev vəfat etdi

Sumqayıtlı iş adamı aeroportda narkotiklə saxlanıldı

Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırılıb - FOTO - VİDEO

Sumqayıtda “Hyundai” ilə “BMW” toqquşdu

Premyer Liqada mövsümün rekordu qeydə alındı — Sumqayıt bu turda parladı

Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək

Saray Bağları sakinləri 10–15 ildir kanalizasiya problemindən qurtula bilmirlər – FOTO

Sumqayıt yolunda və paytaxtın bir sıra küçələrində sıxlıq yaranıb

Deputat: "Zəngilanın azad edilməsi - Zəfər tariximizin qızıl səhifəsidir"

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

Şəhid ailələri Naxçıvan şəhidlərini ziyarət edib - FOTO

Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

Sumqayıtda silah-sursat aşkarlanıb

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Bu gün, 13:50
Bu gün, 11:03
Bu gün, 10:51
Dünən, 23:57
Dünən, 21:42
Dünən, 17:51
Dünən, 12:16
Dünən, 08:24
19-10-2025, 18:11
18-10-2025, 20:00
18-10-2025, 19:01
18-10-2025, 09:07
18-10-2025, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
7-10-2025, 22:29
7-10-2025, 22:06
7-10-2025, 14:09
7-10-2025, 14:05
1 2 3 4 5 6 7 8 9 10 ... 972