Sumqayıt Tarix Muzeyində Heydər Əliyevin anım tədbiri keçirilib

Sumqayit.tv xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhərinin Tarixi Muzeyində Müstəqil Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin anım günü ilə əlaqədar Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə tədbir keçirilib. Öncə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarx izlənilib. Sonra Sumqayıt şəhərinin Tarixi Muzeyinin direktoru Aygün Zülfüqarlı tədbiri giriş sözü ilə açaraq Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi məsələlərdə həyata keçirdiyi uğurlu siyasəti haqqında məlumat verib. Eyni zamanda Aygün Zülfüqarlı çıxışı zamanı Azərbaycan xalqının müdrik oğlu Heydər Əliyevin təcrübəsini zamanında öz varisi cənab İlham Əliyevə ötürməsi, dövlət başçısının həyata keçirdiyi islahatların məhz Ulu Öndərin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirməsi, yeni dövrün tələblərinə uyğun zənginləşdirməsi, özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərimizin işıqlı, nurlu arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər etməsi kimi mühüm məqamlarada toxunub. Tədbir iştirakçılarına muzeyin kiçik elmi işçisi tərəfindən dahi öndərin zəngin həyat yolu, vətəni və xalqı qarşısındakı misilsiz xidmətləri, Sumqayıt şəhərinə diqqət və qayğısından bəhs edən "Xalqa həsr olunan ömrün Sumqayıt səhifələri” mövzusunda mühazirə təqdim edilib.
Sumqayıt şəhərinin Tarixi Muzeyində ümummilli lider Heydər Əliyevin anım tədbiri keçirilib -FOTO
 
Sumqayıt şəhərinin Tarixi Muzeyində ümummilli lider Heydər Əliyevin anım tədbiri keçirilib -FOTO
 
Sumqayıt şəhərinin Tarixi Muzeyində ümummilli lider Heydər Əliyevin anım tədbiri keçirilib -FOTO
 
Sumqayıt şəhərinin Tarixi Muzeyində ümummilli lider Heydər Əliyevin anım tədbiri keçirilib -FOTO

12-12-2022, 10:14 180

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041