"Sumqayıt" klubu İdman Arbitraj Məhkəməsinin qərarı ilə bağlı bəyanat yayıb


Sumqayıt” Beynəlxalq İdman Arbitraj Məhkəməsinin (CAS) komandanın sabiq məşqçisi Elnur Çodarovun şikayətinə müsbət cavab verməsi ilə bağlı bəyanat yayıb.
"Sumqayit.tv" “gənclik şəhəri” təmsilçisinin rəsmi feysbuk səhifəsinə istinadla bəyanatı təqdim edir:
“Bildiyiniz kimi "Sumqayıt" Futbol Klubunun keçmiş məşqçisi Elnur Çodarov ilə klub arasında olan mübahisə üzrə İdman Arbitraj Məhkəməsi (CAS) 4 sentyabr 2023-cü il tarixində yekun qərarını açıqlayıb. Təəssüf hissi ilə bildirmək istəyirik ki, son günlərdə ölkə idman mətbuatında CAS-ın sözügedən qərarının təhrif olunmuş şəkildə əks etdirilməsi ilə bağlı məqalələr geniş yayılıb. Bu səbəbdən də CAS-ın qərarı ilə bağlı bəzi məsələləri ictimaiyyətin diqqətinə çatdırmaq istərdik.
Əlavə olaraq qeyd etmək istərdik ki, 11 sentyabr 2023-cü il tarixindən etibarən CAS qərarı ictimaiyyət üçün açıq elan edilib.
Bildiririk ki, iddiaçı Elnur Çodarov İdman Arbitraj Məhkəməsinə müraciət edərək aşağıdakı qərarların verilməsini xahiş edib.
1. AFFA-nın Apellyasiya Arbitraj Tribunalının 8 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini;
- “Sumqayıt” Futbol Klubunun məşqçiyə ödənilməmiş əməkhaqqı (müqavilənin qalıq dəyəri) olaraq xalis 14000 manat və illik 5 % məbləğində cərimə hesablanaraq ödənilməsini;
- "Sumqayıt” Futbol Klubu müqaviləyə qanunsuz xitam verdiyinə görə Məşqçiyə ödənişin qüvvəyə mindiyi tarixədək 14000 manat və illik 5 % məbləğində kompensasiyanın ödənilməsini;
2. "Sumqayıt" Futbol Klubu bu şikayət üzrə sənədlərin tərcüməsi ilə bağlı məşqçinin xərclərinin 500 manat məbləğində ödənilməsi və Məşqçi tərəfindən ödənilmiş 1000 İsveçrə frankı məbləğində CAS Məhkəmə Ofisi haqqının ödənilməsini;
Yuxarıdakı iddiaları nəzərə alaraq görərik ki, ümumilikdə "Sumqayıt" FK-dan tələb edilən məbləğ cəmi 30400 (otuz min dörd yüz) manat təşkil edib.
İş üzrə 9 fevral 2023-cü il tarixində CAS-ın tək hakimi Mr. Espen Aubergin rəhbərliyi altında şifahi dinlənilmə keçirilib. Bu məhkəmə prosesində klubumuzu vəkil Elcan Həsənli və Ramil Cahangirov təmsil edib.
CAS iş üzrə yekun qərarını 4 sentyabr tarixində elan edib. CAS-ın qərarını təqdim edirik:
1. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Apellyasiya Arbitraj Məhkəməsinin 4 may 2022-ci il tarixdə çıxardığı qərardan Elnur Çodarovun 25 may 2022-ci il tarixində verdiyi apellyasiya şikayəti qismən təmin edilsin.
2. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Apellyasiya Arbitraj Məhkəməsinin 4 may 2022-ci il tarixli qərarı ləğv edilsin.
3. “Sumqayıt" Futbol Klubu MMC müqavilənin pozulmasına görə Elnur Çodarova 10 725 manat (on min yeddi yüz iyirmi beş Azərbaycan manatı) məbləğində kompensasiya ödəsin.
4. CAS Məhkəmə İdarəsi tərəfindən müəyyən edilərək Tərəflərə təqdim olunacaq arbitraj xərclərinin 30 faizi (otuz faiz) Elnur Çodarov, 70 faizi (yetmiş faiz) isə “Sumqayıt" Futbol Klubu MMC tərəfindən ödənilsin.
5. Hər bir Tərəfin bu arbitrajla əlaqədar çəkdiyi xərclər və digər xərclər öz üzərinə aid edilsin.
6. İddiaçının bütün digər və sonrakı vəsatətləri və ya yardım tələbləri rədd edilsin.
Göründüyü kimi, CAS-ın qərarından da aydın olur ki, Məşqçinin tələbinin yalnız üçdə bir hissəsi təmin edilib.
Qərarda eyni zamanda məşqçi tərəfindən də vatsap mobil tətbiqinə səs ataraq klubla sağollaşması və ardınca məşqlərə gəlməməsi müqavilə pozuntusu olaraq göstərilib.
Klubun isə sadəcə, müqaviləyə xitam verməklə sərt addım atdığı qeyd edilib".

16-09-2023, 17:30 199

Digər xəbərlər

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin anım günüdür

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1060