“Sumqayıt” “Qarabağ”a qarşı keçirdiyi 43 oyunda 100-dən çox qol buraxıb - STATİSTİKA


Futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunun açılış oyununda üz-üzə gələcək “Qarabağ” və “Sumqayıt” indiyədək ölkə çempionatlarında 43 dəfə qarşılaşıblar.
Sumqayit.tv
Reporta istinadən xəbər verir ki, bunlardan 32-də Ağdam klubu, 6-da “gənclik şəhəri” təmsilçisi qələbə qazanıb, 5 qarşılaşma heç-heçə yekunlaşıb.
Topların nisbətində də “köhlən atlar”ın aşkar üstünlüyü var - 103:21. Qonaqlar bu rəqibə qarşı Premyer Liqadakı son 9 görüşün hamısında qapılarında qol görüblər. Ölkə çempionunun son üç ev oyununda 3 və ya da çox qol qeydə alınıb.
“Sumqayıt” “Qarabağ”ı səfərdə yalnız iki dəfə məğlub etməyə nail olub. Bunlardan ilki 2011-ci il noyabrın 5-nə, digəri isə ötən mövsüm mayın 22-nə təsadüf edib. Hər iki görüşdə “kimyaçılar” 2:1 hesablı qələbəyə seviniblər. Ağdamlılar ev matçlarının 19-da qalib gəliblər və yalnız birində sülhə razılaşıblar.
Qeyd edək ki, sentyabrın 29-da “Azersun Arena”da oynanılacaq “Qarabağ” - “Sumqayıt” matçı saat 20:00-da start götürəcək.

28-09-2023, 16:00 260
Dünən, 20:21
Dünən, 16:36
Dünən, 15:48
Dünən, 15:20
Dünən, 14:34
Dünən, 13:44
Dünən, 13:17
Dünən, 13:13
Dünən, 13:01
Dünən, 12:41
Dünən, 12:20
Dünən, 12:18
Dünən, 12:17
Dünən, 11:00
22-07-2026, 22:37
22-07-2026, 17:11
22-07-2026, 17:08
22-07-2026, 15:46
22-07-2026, 14:12
22-07-2026, 13:27
22-07-2026, 13:18
22-07-2026, 12:31
22-07-2026, 11:13
22-07-2026, 11:11
22-07-2026, 11:09
22-07-2026, 10:17
22-07-2026, 10:15
22-07-2026, 10:00
22-07-2026, 07:49
22-07-2026, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
1 2 3 4 5 6 7 8 9 10 ... 1086