Sumqayıt Kimya Sənaye Parkında fəaliyyətə başlayacaq yeni müəssisələrin vaxtı açıqlanıb


Dünən Sumqayıt Kimya Sənaye Parkında təməli qoyulmuş 2 müəssisə - “Çinar-Servis” İKF və “Kartaş Kimya” müəssisələrin 2024-2025-ci illərdə fəaliyyətə başlaması planlaşdırılır.
Sumqayit.tv
xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev deyib.
O qeyd edib ki, müəssisələr tərəfindən Sumqayıt Kimya Sənaye Parkına ümumilikdə 30 milyon manatdan artıq investisiyanın yatırılması, 300-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
E. Nuriyev deyib ki, Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi təqribən 5,8 milyard manata yaxın 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib: “İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,4 milyard manatdan çox investisiya yatırılıb. Artıq qeydiyyata alınmış 38 rezidentdən 23-ü fəaliyyət göstərir. İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 9,5 milyard manatlıq satış həyata keçirilib ki, onun da 3,3 milyard manatdan çox hissəsi - təqribən 34,7 %-i ixracın payına düşür”.
O vurğulayıb ki, Sumqayıt Kimya Sənaye Parkında 2023-cü ilin 9 ayında 2,1 milyard manatlıq məhsul istehsal edilib: “Bunun da 674,4 milyon manatlıq (32,1%) hissəsi ixrac edilib. Sumqayıt Kimya Sənaye Parkında hazırda 6 600-dən çox insan daimi işlə təmin olunub. Bundan əlavə mövcud layihələr üzrə Sənaye Parkına əlavə olaraq 394 milyon manatdan artıq investisiyanın yatırılması, 2 000-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur".

24-10-2023, 16:30 414
Bu gün, 14:08
Bu gün, 13:20
Bu gün, 13:08
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
1 2 3 4 5 6 7 8 9 10 ... 1060