İspan futbolçu: "Sumqayıt balaca, ancaq gözəl şəhərdir"



"Sumqayıt" Premyer Liqanın XI turunda "Qəbələ" ilə heç-heçəyə razılaşdı (0:0). "Kimyaçılar" turnir cədvəlində 15 xalla 7-ci sırada qərarlaşıb.

"Sumqayıt"ın futbolçusu Oktavio Manteka "FutbolPress"ə açıqlamasında komandanın son oyunu haqda fikirlərini bölüşdü:

"Sabah"la iki ağır oyundan sonra hazırlaşmağa vaxtımız az oldu. "Qəbələ" ilə görüşdə müəyyən məqamlarda yorğunluq hiss olundu. Hər oyuna qələbə üçün çıxırıq. Azarkeşlərimizin də dəstəyi ilə yaxşı nəticə əldə etmək istəyirdik. Bu dəfə alınmadı, növbəti matçlarda onları sevindirməyə çalışacağıq".

Bu yay heyətə cəlb olunan yarımmüdafiəçi Azərbaycana uyğunlaşmasından və Premyer Liqanın səviyyəsindən söz açdı:

"Azərbaycanda özümü yaxşı hiss edirəm. Artıq bütün komandaları tanıyıram. Rəqiblərimizin gücünü bilirik, bizim də yaxşı komandamız var. Yuxarı sıralarda olmaq üçün əlimizdən gələni edəcəyik. Futbol dünyanın istənilən yerində futboldur. Düzdür, hər ölkənin özünəməxsus tərzi var. Azərbaycanı fərqləndirən stadionlar və azarkeşlərdir. Meydançaların bəzisi süni örtüklüdür. Bəzən oyunlara da az azarkeş gəlir. Bu mənada çempionat fərqlənir".

İspaniyalı futbolçu Sumqayıt şəhəri haqda təəssüratlarını da bölüşdü:

"Sumqayıt balaca, ancaq gözəl şəhərdir. Buradan xoşum gəlir. Ümumilikdə Azərbaycan çox yaxşı ölkədir. Hansısa mənfi fikrim yoxdur".

Oktavio bu yay Bolqarıstanın ÇSKA komandasından icarə əsasında "Sumqayıt"a keçib. O, Premyer Liqada 11 oyunda meydana çıxıb.

1-11-2023, 14:12 182

Digər xəbərlər

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin anım günüdür

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1060