"Mehdi Hüseynzadə"ylə bağlı yekun qərar verildi


Mehdi Hüseyznadə adına Sumqayıt şəhər stadionu haqda sonuncu yazıda bir çox detala aydınlıq gətirmişdik.
Xatırladaq ki, arena yerli icra hakimiyyətinin balansında olduğundan “Sumqayıt” dövlət qurumuyla danışıqlara başlamış və idman qurğusunun icarəyə götürülməsi istiqamətində ilk addımlarını atmışdı.
Məsələnin üstündən xeyli zaman keçdiyini və hələ də hansısa irəliləyiş olduğu haqda məlumatsızlığı nəzərə alıb, mövzuya yenidən qayıtdıq. Öncə stadionun rəhbəri Nadir Quliyevlə əlaqə saxlayıb son durum haqda bilgi aldıq. Bəlli oldu ki, danışıqlar artıq sona çatıb və tərəflər arasında sürpriz razılıq baş tutub. Detalları Nadir bəydən eşidək:
“İcra Hakimiyyəti ilə klub arasındakı müzakirələr müsbət sonluqla bitdi. Qərara alındı ki, stadion “Sumqayıt”a pay verilsin. Daha dəqiq desək, hansısa müqavilədən söhbət getməyəcək. Klub arenanı PFL və “CBC Sport”un tələblərinə uyğun hala salandan sonra premyer-liqa matçlarını burda keçirə biləcək. Artıq bu yöndə işlər görülməyə başlanıb. “Sumqayıt” icarəhaqqı vermədən stadionda oyunlarını keçirə bilər. Çox güman, ya Misli premyer-liqasınını 14-cü turundakı “Zirə” ilə qarşılaşma, ya da 16-cı turdakı “Qarabağ” matçı məhz burda baş tutacaq. Bütün tərəflər üçün xeyirli olsun. İnşallah, komanda burda çox sayda qələbə qazanıb sumqayıtlıları sevindirəcək”.
Mövzuyla bağlı “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevin də fikrinin öyrəndik:
“Bəli, artıq razılıq əldə olunub. Müzakirələr rəhbərlik səviyyəsində aparılıb. Biz, sadəcə, oyungünü xərclərini, eləcə də stadionun PFL və “CBC Sport”un tələblərinə uyğun hala salınması üçün lazım olan vəsaiti ödəyəcəyik. Bəli, eşitdiyimə görə, əlavə icarəhaqqı ödəməyəcəyik. Artıq adını çəkdiyim qurumlar stadiona baxış keçirərərək təklif və iradlarını bildirib. Lazım olan işlərin planlanması və görülməsi istiqamətində iclas keçirib çalışmalara başlamışıq. Ümid edirəm ki, işlər tezliklə yekunlaşacaq. Lakin bu yöndə dəqiq tarix demək düzgün olmaz”.

16-11-2023, 15:00 246

Digər xəbərlər

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin anım günüdür

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1060