“Sumqayıt” dörd ildir evdə “Qarabağ”a qalib gələ bilmir - STATİSTİKA


“Sumqayıt” Premyer Liqanın XVI turunda qəbul edəcəyi “Qarabağ”a dörd ildir evdə qalib gələ bilmir.
Sumqayit.tv “report”-a istinadən xəbər verir ki, “gənclik şəhəri”nin təmsilçisi sonuncu dəfə 2019-cu ilin noyabrında doğma arenasında güclü rəqibindən 3 xal almağı bacarıb.
 
Həmin vaxtdan bəri Sumqayıtda baş tutan 6 qarşılaşmanın yalnız ikisində eyniadlı komanda heç-heçə edə bilib. Son dörd matçda isə “Qarabağ” rəqibini “quru” hesabla məğlub edib.
 
Bu komandalar arasında çempionatda baş tutan son 10 görüşün hamısında ağdamlılar rəqib qapısına yol tapmağa müvəffəq olublar. “Sumqayıt” axırıncı dəfə 2021-ci ilin fevralında öz meydançasındakı görüşdə (0:0) qapısının toxunulmazlığını qoruya bilib.
 
Ümumiyyətlə, “Qarabağ”la “Sumqayıt” arasında Premyer Liqada keçiriləcək 45-ci görüşöncəsi son çempion böyük üstünlüyə malikdir. 2011-ci ildən bəri təşkil olunan 44 qarşılaşmanın cəmi 6-da “kimyaçılar” qələbə üzü görüblər. Bunun da biri texniki qalibiyyət olub. Həmin beş matçın hər birində sumqayıtlılar minimal fərqlə rəqibi üstələyiblər. Əvəzində “Qarabağ” “gənclik şəhəri”nin təmsilçisini iki dəfə 6:0, iki dəfə 6:1, iki dəfə 5:0, bir dəfə 5:1, iki dəfə 4:0, iki dəfə 4:1, beş dəfə isə 3:0 hesabı ilə məğlub edib.
 
Komandalar indiyə qədər 5 dəfə heç-heçəyə razılaşıblarsa, “Qarabağ”ın hesabında 33 qələbə var. Vurulan qol sayında da nəzərəçarpacaq dərəcədə fərq var. “Sumqayıt” buraxdığı 108 topa cəmi 21 qolla qarşılıq verə bilib.
 
Qeyd edək ki, bu gün “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” - “Qarabağ” matçı saat 19:30-da başlayacaq. Hazırda ağdamlılar 32 xalla birinci, sumqayıtlılar isə 23 xalla üçüncü pillədə qərarlaşıblar.

8-12-2023, 13:41 190

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041