Qaraqaya kənd icması toplandı-FOTOLAR


Qərbi Azərbaycan İcması (QAİ) Çəmbərək (Krasnoselski) rayonu Qaraqaya kənd icmasının Sumqayıt şəhərində ikinci iclası keçrilib. 
Sumqayit.tv
xəbər verir ki, yığıncaq Sumqayıt şəhər 21 saylı tam orta məktəbin akt zalında baş tutub. Tədbir Azərbaycanın suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ölkə prezidentinin “Biz doğma yurdlarımıza qayıdacağıq” fikrindən sitat gətirərək çıxışına başlayan Qaraqaya kənd icmasının sədri Rüxsarə Həsənova bildirib ki,  bizim bura yığışmağımızın səbəbi məhz prezident İlham Əliyevin Qərbi Azərbaycanlıların öz ata-baba yurdlarına qayıtması üçün irəli sürdüyü tezislərdir. “Bəli, biz öz doğma yurdlarımıza qayıtmaq istəyirik. Və inanırıq ki, prezidentimizin praqmatik siyasi liderlik keyfiyyətləri və qətiyyətli addımları nəticəsində biz Qərbi Azərbaycanlılar 35 ildir həsrətində olduğumuz doğma torpaqlarımıza mütləq qayıdacağıq. Lakin bunun üçün biz də birlik nümayiş etdirməli və bu yolda dövlətimizin yanında durmalıyıq", - deyə R.Həsənova bildirib. 
Qonaq qismində tədbirdə iştirak edən Qərbi Azərbaycan İcmasının bölgə üzrə koordinatoru İman Məmmədov çıxış edərək, İcma sədri, deputat Əziz Ələkbərlinin salamlarını Qaraqaya kənd sakinlərinə çatdıraraq, bu günə qədər Qayıdış Konsepsiyası çərçivəsində qət edilən yolun kifayət qədər təsirli və effektiv oluğunu vurğulayıb. O, yığıncaq iştirakçılarına işin daha da sürətləndirilməsi üçün rəhbərliyin ətrafında birləşməyə və ona dəstək verməyə çağırıb.
Tədbirə qatılan QAİ Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılov Qərbi Azərbaycan İcmasının məramnaməsi və nizamnaməsi barədə ətraflı məlumat verib. Nümayəndəliyin rəhbəri Qərbi Azərbaycanlıların müqəddəs amal ətrafında birləşməli olduqlarını və bütün platformalarda ermənilərin ifşa edilməsi naminə fəallıq göstərmələrini tövsiyə edərək, hər kəsə uğurlar arzulayıb.
Daha sonra R.Həsənova gündəlikdə  duran kənd icmasının İdarə Heyətini, Ağsaqqallar Şurasını, Qadınlar Şurasını və Gənclər Birliyini formalaşdırmağı təklif edib. Yekunda Qaraqaya kənd icması özünün sözügedən strukturlarını formalaşdırıb.
 Qaraqaya kənd icmasının üzvləri gələn qonaqlara öz minnətdarlığını bildirərək,  Qayıdış Konsepsiyası çərçivəsində dövlətin onlardan gözləntilərinin olduğunu dərk etdiklərini, bu səbəbdən çıxılan yolda əl-ələ verib birgə hərəkət etməyin vacibliyinin fərqində olduqlarını qeyd ediblər.

















































11-12-2023, 13:13 782

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041