"Sumqayıt"ın avrokubok arzusu: Tovuzda üç xal "kimyaçılar"ın oldu


Azərbaycan Premyer Liqasının 31-ci turunda "Sumqayıt" "Turan Tovuz"a böyük hesabla qalib gəlib - 4:1.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandaların dueli maraqla gözlənilirdi. Matçdan öncə oyun ətrafında böyük ajiotaj yaranmışdı. Komandaların çempionatda dördlük üçün iddia etməsi oyunu daha maraqlı etmişdi. Eyni zamanda, sabiq "Sumqayıt"lı Ayxan Abbasov indi "Turan Tovuz"un sükanı arxasına keçmiş komandası ilə üz-üzə idi.

Görüşə meydan sahibləri daha aktiv başladı. İlk 10 dəqiqədə 1-2 qol epizodu yaradan tovuzlular əks-hücumda cəzalandı. Şəhriyar Əliyev "Sumqayıt" hücumunun qarşısını almaq istəyərkən topu qapısına göndərdi. Fasiləyə kimi bir qol daha vuran "Sumqayıt" böyük üstünlük yaxaladı.

İkinci hissədə daha aqressiv və aktiv olan tərəf meydan sahibləri idi. Hesabda geri olan tovuzlular azı bir xal qazanmaqçün çalışsalar da, alınmadı. Xüsusilə, "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətovun etibarlı oyunu "kimyaçılar"ın qələbəsində böyük pay sahibi oldu. "Turan Tovuz" çoxsaylı hücumlarına baxmayaraq, təsəlli qoluyla kifayətləndi.

"Sumqayıt" Tovuz səfərində mövsümün ən yaxşı oyunlarından birini keçirdi. Artıq turnir cədvəlində ikinci sıraya yüksələn "kimyaçılar" avrokuboklar yolunda böyük addım atdı. "Turan Tovuz"u beş xal üstələyən "Sumqayıt" indi digər komandaların xal itirməsini gözləyəcək.

Tovuz təmsilçisinin şansları hələ davam edir. Uğurlu seriyadan sonra evdə "Sumqayıt"a məğlubiyyət gözlənilməz oldu. Buna baxmayaraq, "Turan Tovuz"un dördlük mübarizəsi hələ bitməyib. Son beş oyun bu baxımdan daha kritik olacaq. Komandaların xalları bir-birinə yaxındır və çox xal itirən avrokubok zonasının kənarında qalacaq.

20-04-2024, 10:57 198

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041