Qərbi Azərbaycan İcmasının Gorus rayon üzrə toplantısı keçirilib – FOTOLAR


Mayın 16-da Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəliyinin ofisində Gorus rayon İcmasının üzvləri ilə görüş keçirilib.

Sumqayit.tv-in verdiyi məlumatda bildirilir ki, görüşdə icma sədri Əzəmət Rüstəmov, Gorus rayon Gənclər Şurasının sədri Etibar Həsənov və İdarə Heyətinin üzvləri Günay İsmayılova, Aqil Həsənov, Orxan Həsənli, Gorus rayonu Şurnuxu kənd icmasının sədri Eldar Həsənov, Qurdqalaq kənd icmasının sədri Elçin Abdullayev və Gorus rayonunun Şurnuxu, Ağbulaq, Qurdqalaq, Şahverdilər və Şamsız kəndlərinin sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edən Gorus rayon icma sədri Əzəmət Rüstəmov və Gorus rayon Gənclər Şurasının sədri Etibar Həsənov iştirakçıların nəzərinə, Qərbi Azərbaycan İcmasının yaradılma tarixi, məqsəd və fəaliyyət prinsipləri, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olunması, Qərbi Azərbaycanın 21 rayonu üzrə icmaların və hazırda ölkəmizin 40-dan çox şəhər və rayonlarında İcmanın nümayəndəliyinin fəaliyyət göstərməsi, bu təşkilatlanmanın əsas məqsədinin Qərbi Azərbaycan kökənli əhalinin öz doğma ata-baba yurdlarına beynəlxalq hüququn imkanları daxilində sülh yolu ilə qayıtmasının və təhlükəsiz birgə yaşayış qaydalarının təmin edilməsindən ibarət olduğunu çatdırıblar.

Qeyd edilib ki, Azərbaycan xalqı Qarabağ uğrunda 30 ildən artıq bir müddətdə və ikinci Qarabağ müharibəsi zamanı 44 gün ərzində necə birləşmişdisə, Qərbi Azərbaycana qayıdış prosesində də eyni iradə, eyni qətiyyət sərgilənməlidir.

Gorus rayonu Şurnuxu kənd icmasının sədri Eldar Həsənov, Qurdqalaq kənd icmasının sədri Elçin Abdullayev və digər icma üzvləri də bu məzmunda çıxışlar edərək, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının icrasına hər kəsin öz təhsili, istedadı və bacarıqları çərçivəsində dəstək olmasının zəruriliyini vurğulayıblar.
Görüşdə Gorus rayon Gənclər Şurasının sədri Etibar Həsənovun təşəbbüsü və icma üzvlərinin yekdil rəyi ilə İcmanın Ağsaqqallar Şurası (GAŞ), Qadınlar Şurası (GQŞ) və İcmanın tədbirlər planının icrasına maddi –texniki dəstək üçün (ianələrin hesabatlı şəkildə təşkilini təmin etmək məqsədi ilə) Gorus İcma Fondunun (GİF) yaradılması barədə qərar qəbul edilib.

Gorus rayon Ağsaqqallar Şurasının sədri Şakir Həsənov və Gorus rayon Qadınlar Şurasının sədri Sevil Quliyeva seçilib. Həmçinin Orxan Həsənli Gorus rayonunun Ağbulaq kənd icmasına sədr seçilib. Yeni yaradılmış şuraların strukturunun formalaşdırılması və fəaliyyət planının hazırlanması üçün müvafiq tapşırıqlar və tövsiyələr verilib.

Tədbirdə Gorus rayon icma üzvlərindən bir qisminə üzvlük vəsiqələri və döş nişanları təqdim edilib.















18-05-2024, 14:37 324

Digər xəbərlər

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

Şəhid ailələri Naxçıvan şəhidlərini ziyarət edib - FOTO

Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

Sumqayıtda silah-sursat aşkarlanıb

Sarayda 4 avtomobil toqquşdu — Polisin faciəvi ölümü - FOTO

Zakir Fərəcovun növbəti səyyar görüşü 42-ci məhəllədə keçirilib

Sumqayıtda kəsilmiş ağacların əvəzinə yeniləri əkilib, identifikasiya etiketi vurulub - FOTO

Sumqayıtda 201 mənzil kirayə mexanizmi ilə satışa çıxarıldı

Əliyev və Putin görüşdü

Saray qəsəbəsində baş verən ağır qəza ilə bağlı rəsmi məlumat – 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Sumqayıtda avtobus sürücüsü narkotik qəbul edərək sərnişin daşıyırdı – VİDEO

Azərbaycan nefti bahalaşdı

Sabah Sumqayıt üzrə pensiyalar ödəniləcək

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Dünən, 20:00
Dünən, 19:01
Dünən, 09:07
Dünən, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
7-10-2025, 22:29
7-10-2025, 22:06
7-10-2025, 14:09
7-10-2025, 14:05
7-10-2025, 13:48
7-10-2025, 13:47
7-10-2025, 11:27
7-10-2025, 11:00
7-10-2025, 09:59
6-10-2025, 17:09
6-10-2025, 14:48
6-10-2025, 13:15
6-10-2025, 10:48
1 2 3 4 5 6 7 8 9 10 ... 972