Azərbaycan körpülər qurmağa çalışır



Azərbaycan Respublikasının yürütdüyü uğurlu enerji siyasəti ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu günü-gündən yüksəltməkdədir. Bu siyasətin təzahürüdür ki, Azərbaycan dövləti energetika sahəsində keçirilən Beynəlxalq miqyaslı vacib tədbirlərə də müvəffəqiyyətlə ev sahibliyi edir. Qeyd etmək lazımdır ki, ölkəmiz ekoloji problemlərin kəskinləşdiyi müasir dövrdə yaşıl enerjiyə keçidlə bağlı layihələri də fəal şəkildə dəstəkləyir və bu istiqamətdə öz təşəbbüslərini ortaya qoyur. 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimiz, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi ölkəmizin energetika sənayesi qarşısında yeni imkanlar açmışdır. Çünki Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları nəhəng hidroelektrik potensiala malikdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyev 4 iyun 2024-cü il tarixində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimindəki çıxışında beynəlxalq ictimaiyyəti maraqlandıran bir sıra məsələlərlə bağlı vacib açıqlamalar verərək bildirdiyi kimi, Allahın xalqımıza bəxş etdiyi neft və qaz ehtiyatlarına sahib olduğumuza görə dövlətimizi heç kəs günahlandıra bilməz. Dövlətimizin işinə bu ehtiyatların mövcudluğu əsasında deyil, onlardan hansı şəkildə istifadə etdiyinə görə qiymət verilməlidir. Azərbaycan dövləti bu sərvəti müxtəlif vasitələrlə cəmiyyətə yönəldərək yoxsulluğu 50 faizdən 5 faizə endirmiş, xarici borcları 100 faizdən 7,7 faizə salmağa müvəffəq olmuşdur. Əminliklə deyə bilərik ki, dövlətimizin başçısı, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə aparılan bu siyasətin sayəsində Azərbaycanda inklüziv cəmiyyət qurulmuşdur.
Lakin, dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycanda iqlim dəyişikliyi Xəzər dənizinin sahilinə nəzər salarkən görünür. İldən-ilə Xəzər dənizinin geri çəkildiyinin şahidi oluruq ki, bunun da səbəbi, təbii olaraq, iqlim dəyişikliyi və insanların qeyri-rasional fəaliyyətidir. Çünki Xəzər dənizini qidalandıran mənbə çaylar Azərbaycanın hüdudlarından kənardadır. Əlbəttə yaranmış bu problemdə Azərbaycanın məsuliyyəti sıfra bərabərdir, lakin heç bir tədbir görülməzsə dövlətimiz ciddi ekoloji fəlakətlə üzləşəcək. Azərbaycanda dənizi əlavə su həcmləri ilə təmin etmək üçün yeni bəndlər və su toplanması üçün anbarlar inşa olunmasına baxmayaraq Xəzər dənizini qidalandıran əsas mənbələrin Azərbaycandan kənarda olması bu problemin beynəlxalq gündəmə gətirilməsini şərtləndirir və bu, Azərbaycan dövlətinin başçısının ekoloji problemlərə göstərdiyi yüksək diqqəti gözlər önünə sərir.
Son illərdə özünü daha qabarıq şəkildə göstərən ekoloji problemlər, iqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Azərbaycan Respublikası Birləşmiş Ərəb Əmirlikləri və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə “Üçlük” təsis etmişdir. Qoşulmama Hərəkatının keçmiş sədri qismində ölkəmiz 120 dövlətlə birlikdə bu təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışır. Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Azərbaycan dövləti hazırda inkişafda olan kiçik ada dövlətlərlə fəal işləyir. Ölkəmiz maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışır. Beynəlxalq ictimaiyyət əmin ola bilər ki, Azərbaycan qarşıdan gələn COP29 konfransına ev sahibliyini yüksək səviyyədə həyata keçirəcək.
Ramiz Hüseynov
YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

6-06-2024, 17:41 167

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041